Sahil Babayev: "Macarıstan işğaldan azad olunmuş ərazilərə vəsait ayıracaq"

Sahil Babayev: "Macarıstan işğaldan azad olunmuş ərazilərə vəsait ayıracaq"
3 Fevral 2022
Mətni dəyiş
Macarıstanın Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında minatəmizləmə və yenidənqurma işlərinə köməklik edəcəyi bildirilir. Bu barədə Azərbaycan-Macarıstan hökumətlərarası komissiyanın iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev açıqlama verib. Onun sözlərinə görə, Macarıstan minatəmizləmə işlərinə qrant təqdim edib: “Həmin ölkənin Mərkəzi Bankı güzəştli kredit üçün vəsait ayıra biləcəyini açıqlayıb”. S.Babayev qeyd edib ki, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə yeni istiqamətlərdə uçuşların təşkil edilməsi, eyni zamanda, iki ölkə arasında karqo daşımalarının artırılması barədə fikir mübadiləsi aparıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun