Səhiyyə naziri: "Omikronla bağlı yeni qadağalara ehtiyac yoxdur"

Səhiyyə naziri: "Omikronla bağlı yeni qadağalara ehtiyac yoxdur"
10 Fevral 2022
Mətni dəyiş
Səhiyyə naziri Teymur Musayev bu gün keçirdiyi brifinqdə bildirib ki, son günlər COVİD-19 virusuna yoluxma kəskin artır. Nazir bildirib ki, ölkədə koronavirusa yoluxmanın artmasının səbəbi hazırda mövcud olan "Omikron" ştamıdır. Buna baxmayaraq, ölkədə koronavirusla bağlı vəziyyət tam nəzarət altındadır. Nazir deyib ki, "Omikron"la bərabər hələ də Delta ştammına yoluxmalar mövcuddur. O qeyd edib ki, hazırda pandemiya ilə əlaqəli istifadədə olan ümumi çarpayı fondunun 20%-i doludur, reanimasiya üzrə isə bu göstərici cəmi 10% təşkil edir: "Hazırda "Omikron"la bağlı məhdudlaşdırıcı addımların atılmasına zərurət yoxdur. Hər hansı qərar, xüsusi karantin rejiminin sərtləşdirilməsi yoluxanların sayı, hospitalizasiya dinamikasına əsaslanır". Nazir xatırladıb ki, fevralın 15-dən sonra iki doza vaksin alan və vaksinlərin vurulmasından 6 ay keçən şəxslərin peyvənd sertifikatları etibarsız sayılacaq: "Bunu əsas tutaraq hər bir az vətəndaşı buster dozanı qəbul etməyə səsləyirəm. Kim iki doza qəbul edibsə, immun sistemlərini gücləndirmək üçün buster dozanı vurdurmalıdır”. Teymur Musayev Azərbaycanda koronavirusa görə peyvənd vurduran yeniyetmələrin sayını açıqlayıb: "Bu günə olan statistikaya əsasən, 601 yeniyetmə vaksinasiyadan keçib. Onlarda heç bir fəsad müşahidə edilməyib". Nazir qeyd edib ki, ölkədə koronavirusla bağlı vaksin ehtiyatı kifayət qədərdir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun