Dövlət Sərhəd Xidmətinin çavuşu qeyri-döyüş şəraitində vəfat edib

Dövlət Sərhəd Xidmətinin çavuşu qeyri-döyüş şəraitində vəfat edib
3 Fevral 2022
Mətni dəyiş
Bu gün, fevral ayının 3-də Dövlət Sərhəd Xidmətinin Yevlax şəhərində yerləşən hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu çavuş Nabatəlizadə Ceyhun Şahin oğlu qeyri-döyüş şəraitində vəfat edib. Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb. DSX-nin rəhbər vəzifəli şəxsləri hadisə yerinə ezam olunublar. Hadisə ilə əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun