DİN: "Bakıda 3 məktəbli qıza seksual hərəkətlər edən taksi sürücüsü saxlanılıb"

DİN: "Bakıda 3 məktəbli qıza seksual hərəkətlər edən taksi sürücüsü saxlanılıb"
12 Fevral 2022
Mətni dəyiş

Daxili İşlər Nazirliyinin Bakıda 3 məktəbli qıza seksual hərəkətlər edən taksi sürücüsünü saxladığını deyir. 

Bu barədə polis qurumu məlumat yayıb. Məlumatda deyilir ki, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan müraciət əsasında apardıqları araşdırmalarla “KİA” markalı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olan Şağan qəsəbə sakini E.Camalovun 2021-ci ilin fevral ayından cari il fevral ayının 11-dək olan müddətdə avtomobilində sərnişin kimi apardığı həmyerliləri olan 3 məktəbli qıza qarşı seksual xarakterli hərəkətlər etməsinə əsaslı şübhələr müəyyən edilib.

E.Camalov polis əməkdaşları tərəfindən saxlanılılıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 150-ci maddəsi ilə (Seksual xarakterli zorakılıq hərəkətləri) cinayət işi başlanılılıb.

Zəruri istintaq-əməliyyat tədbirləri aparılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun