DİN: “15 yaşlı gənc özü özünü döyüb”

DİN: “15 yaşlı gənc özü özünü döyüb”
10 Fevral 2022
Mətni dəyiş
Dünən Bakının Qaradağ rayonunda 15 yaşlı Qəhrəmanov Murad Azər oğlu itkin düşüb. O, saat 16:00 radələrində Lökbatan qəsəbəsində dərs hazırlığına getmək məqsədilə evdən çıxıb, lakin geri qayıtmayıb. Yeniyetmənin bu gün al-qan içində tapıldığı bildirilib. Bu barədə onun yaxınları məlumat veriblər. Qeyd edilib ki, o, məhəlləyə çatanda özündən gedib. Bildirilib ki, 30-35 yaş aralığında 3 kişi tərəfindən qəbiristanlığa aparılan Murad döyülüb. Başından çoxsaylı zərbələr alan məktəblinin vəziyyəti orta ağırdır. M.Qəhrəmanovun dərs hazırlığında olmaması məlum olub. Onun mobil telefonu bağlı olduğundan yaxınları yeniyetmə ilə əlaqə saxlaya bilməyiblər. Daxili İşlər Nazirliyi (DİN) 15 yaşlı gəncin döyülmüş vəziyyətdə tapılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. DİN-in Mətbuat Xidmətindən bildirilib ki, fakt nəzarətə götürülüb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib ki, paytaxtın Qaradağ rayonunda 2006-cı il təvəllüdlü məktəblinin quldurluğa məruz qalaraq, döyülüb mobil telefonun talanması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar təsdiqini tapmayıb”. “Araşdırmalarla məlum olub ki, məktəbli atasının ona verdiyi 200 manat pulu aidiyyəti olmayan yerə xərclədiyinə görə “pulu və telefonu tanımadığım adamlar döyüb əlimdən aldı”, - deyə valideynlərini və polisi inandırmaq üçün belə yalan iddialar edib, əllərinə və üzünə daşla xəsarətlər yetirib. Polis tərəfindən bütün istiqamətlər üzrə iddialar tam və hərtərəfli olaraq yoxlanılıb, mobil telefon gizlədildiyi yerdən aşkarlanıb”, - Elşad Hacıyev vurğulayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun