Nərmanov rayon icra başçısı vəzifədən azad edilib Abşerona başçı təyin edildi

Nərmanov rayon icra başçısı vəzifədən azad edilib Abşerona başçı təyin edildi
19 Yanvar 2022
Mətni dəyiş

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova vəzifəsindən azad edilib. 

Bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, İradə Akif qızı Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin. İ.Gülməmmədova 2015-ci ildən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı idi.

Prezidentin digər sərəncamı ilə, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev də vəzifəsindən azad olunub. Prezidentin digər sərəncamı ilə Abdin Fərzəliyev Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Nərmanov Rayon İcra Hakimiyyətinin başçısı hələlik təyin olunmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun