Bakıda gənc qadının nişanlısı tərəfindən döyüldüyü deyilir, qolları sınıb

Bakıda gənc qadının nişanlısı tərəfindən döyüldüyü deyilir, qolları sınıb
21 Yanvar 2022
Mətni dəyiş

Azərbaycanda daha bir qadın cinayəti qeydə alınıb. 

Məlumata görə, 1995-ci il təvəllüdlü İsmayılova Cəmilə İsmayıl qızı nişanlısı tərəfindən döyülüb. O, təcili yardımla xəstəxanaya çatırılıb. Müayinə zamanı ona hər iki qolun mil sümüyünün sınığı diaqnozu qoyulub. Polis hadisə ilə bağlı araşdırma aparır. Feministlər və hüquq müdafiəçiləri hesab edirlər ki, Azərbaycanda qadınlara qarşı cinayətlərin sayında artım var. Onlar buna səbəb kimi hökumətin baş verən hadisələrə laqeyd yanaşmasını göstərirlər. Azərbaycan hökuməti isə bu istiqamətdə vacib və effektiv addımların atıldığını müdafiə edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun