Bakı-Şuşa marşrutu üzrə fevralın 15-nə qədər olan bütün biletlər satılıb, digər bölgələrə isə satış azdır

Bakı-Şuşa marşrutu üzrə fevralın 15-nə qədər olan bütün biletlər satılıb, digər bölgələrə isə satış azdır
24 Yanvar 2022
Mətni dəyiş

Bakı-Şuşa-Bakı marşrutu üzrə həyata keçirilən müntəzəm avtobus reyslərinə 400-ə yaxın bilet satılıb. Məlumatlara görə, ümumilikdə fevralın 15-nə qədər olan bütün reyslər üzrə bilet satışı tamamlanıb. 

Vətəndaşlar Şuşaya bu marşrutlar üzrə ildə ancaq 1 dəfə və 2 saatlıq gedə biləcəklər. Ancaq Bakı-Ağdam-Bakı və Əhmədbəyli-Şuşa-Əhmədbəyli marşrutu ilə həyata keçirilən avtobus reysləri üzrə bilet satışı azdır. Əhmədbəyli-Şuşa üzrə həftədə 4 dəfə, digər istiqamətlərdə isə həftədə 2 dəfə avtobus reysləri olacaq. Bakı-Şuşa-Bakı üzrə biletin qiyməti 10,4 manat, Bakı-Ağdam-Bakı üzrə biletin qiyməti 9,4 manat, Əhmədbəyli-Şuşa-Əhmədbəyli üzrə biletin qiyməti 7 manat, Bərdə-Ağdam-Bərdə üzrə biletin qiyməti 5 manat, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa-Füzuli Beynəlxalq Hava Limanı üzrə isə biletin qiyməti 6 manat olacaq. Avtobuslara biletləri yolumuzqarabaga.az platforması vasitəsilə almaq olar. Səfərə getmək istəyənlər bu sayta "ASAN login" sistemi vasitəsilə daxil olduqdan sonra, bilet almaq üçün səfərin istiqaməti və tarixini seçə bilərlər.

"Daha sonra bilet alan şəxs müxtəlif mərhələlərdən keçərək ödəniş mərhələsinə çatır", portalda deyilir.

İlkin olaraq, Ağdama və Şuşaya səfərləri nəzərdə tutan sistemdə daha sonra işğaldan azad edilən digər bölgələrə də səfərlərin həyata keçirilməsi nəzərdə tutulur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun