Azərbaycanda pensiyaçıların sayında azalma qeydə alınıb

Azərbaycanda pensiyaçıların sayında azalma qeydə alınıb
21 Yanvar 2022
Mətni dəyiş
2022-ci ilin əvvəlinə Azərbaycanda pensiyaçıların sayı 1 milyon 197 min nəfər olub. Bu da ölkə əhalisinin 11.9 faizini təşkil edib. Bu barədə "Turan"a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib. Altı ay öncə, 2021-ci il iyulun 1-i Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 214.1 min pensiyaçı qeydə alınıb. Həmin məlumatı da DSK yayıb. Komitənin məlumatına görə, bu da ölkə əhalisinin 12.1 faizini təşkil edirdi:"Onların 58.8 faizi yaşa, 29.5 faizi əlilliyə, 11.7 faizi isə ailə başçısını itirməyə görə pensiya alır…". 2017-ci ildə Azərbaycanda pensiya yaşı artırılıb. Qanunvericiliyə edilən dəyişikliyə əsasən, kişilərdə 63 yaş həddi 2017-ci il yanvarın 1-dən başlayaraq 2021-ci il yanvarın 1-dək, qadınlarda isə 60 yaş 2027-ci il yanvarın 1-dək hər il 6 ay artırılmaqla 65 yaşa çatdırılmalıdır. Son 4 il 6 ayda Azərbaycanda pensiyaçıların sayında azalma başlayıb. Rəsmi rəqəmlərə görə, 2017-ci il iyulun 1-i vəziyyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 328.4 min nəfər pensiyaçı qeydiyyatda olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun