ABŞ Dövlət Departamenti Azərbaycanda “Media haqqında” qanun layihəsinin qəbul edilməsindən narahatdır

ABŞ Dövlət Departamenti Azərbaycanda “Media haqqında” qanun layihəsinin qəbul edilməsindən narahatdır
6 Yanvar 2022
Mətni dəyiş
ABŞ Dövlət Departamenti çərşənbə günü tənqidçilər tərəfindən Azərbaycanda müstəqil jurnalistikanı məhdudlaşdırmaq üçün nəzərdə tutulduğu düşünülən “Media haqqında” yeni qanun layihəsinin qəbulundan narahatlığını ifadə edib. Dövlət Departamentinin sözçüsü bildirib ki, Azərbaycan parlamentinin "Media haqqında" təklif olunan qanunun ratifikasiya edilməsi üçün Prezident Administrasiyasına göndərilməsində tələsməsindən narahatdırlar. “Ümid edirik ki, Prezident Administrasiyası qanun layihəsinə baxarkən müstəqil jurnalistlərin, media ekspertlərinin və ATƏT də daxil olmaqla beynəlxalq qrupların rəylərini diqqətlə nəzərdən keçirəcək”, - sözçü əlavə edib. Departament sözçüsü əlavə edib ki, məsələni yaxından izləməyə davam edəcəklər. Media qurumları üçün reyestr yaradan və jurnalistlərin dövlət qeydiyyatına alınmasını tələb edən qanun layihəsi dekabrın 30-da Azərbaycan parlamenti tərəfindən qəbul edilib. Yerli media və hüquq qrupları bildiriblər ki, bu qanun Azərbaycanda ifadə azadlığına geniş məhdudiyyətlər qoyma potensialına malikdir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun