Zelenskinin köməkçisinə sui-qəsd planlayanlar bunun üçün meşəlik ərazini seçiblər

Zelenskinin köməkçisinə sui-qəsd planlayanlar bunun üçün meşəlik ərazini seçiblər
24 Sentyabr 2021
Mətni dəyiş

Ukrayna daxili işlər nazirinin müavini Anton Qaraşçenko Ukrayna prezidenti Valdimir Zelenskinin köməkçisi Sergey Şefirə qarşı təşkil olunan sui-qəsdin detallarından danışıb. 

O qatıldığlı televiziya proqramında hadisənin detallarından danışarkən deyib ki, sui-qəsdi təşkil edən şəxslər bunun üçün meşəlik ərazini seçiblər.

DİN başçısının müavinin sözlərinə görə, onlar avtomobikə birinci ön tərəfdən atəş açıb sürücünü öldürmək və bununla da avtomobilin hərəkətini dayandırmaq istəyiblər.

"Hücum üçün prezidentin köməkçisinin evinin yaxınlığında yolun pis olduğu bir meşəlik ərazini seçiblər. Onlar həmin ərazini ona görə seçiblər ki, avtomobil oradan keçdiyi zaman döndüyü üçün yavaşlamalı imiş. Sui-qəsdçilərin ilk və əsas vəzifəsi avtomobilin önündən atəş açıb sürücünü öldürmək və bununla da avtomobili dayandırmaq olub", - deyə daxili işlər nazirinin müavini bildirib.

Anton Qaraşçenko deyib ki, atəş açıldıqdan sonra şofer maşını sürətlə sürüb və yayına biliblər. Bu zaman maşına öndən və arxadan ümumilikdə 18 güllə dəyib.

Sentyabrın 22-də naməlum şəxslər Kiyev ətrafında Ukrayna Prezidentinin birinci köməkçisi Sergey Şefirin avtomobilinə atəş açıblar.

İnsident Lesniki kəndinin yaxınlığında baş verib. Ukrayna Daxili İşlər Nazirliyinin məlumatına görə, hərəkətdə olan avtomobilə avtomat silahdan 10-dan çox güllə atılıb, güllələrdən üçü sürücüyə dəyib. Ağır yaralanan sürücü reanimasiya şöbəsinə yerləşdirilib.

Şefir zərər çəkməyib və hazırda təhlükəsiz yerdədir. Siyasətçi hesab edir ki, atəş məhz ona açılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun