“Youtube” RT kanalının səhifələrini silib, Roskomnadzor Google şirkətini cavab tədbirləri ilə hədələyib

“Youtube” RT kanalının səhifələrini silib, Roskomnadzor Google şirkətini cavab tədbirləri ilə hədələyib
29 Sentyabr 2021
Mətni dəyiş
YouTubeRT kanalının alman şöbəsinə məxsus iki hesabı silib. Bu barədə “Russia Today” və RT telekanalının baş redaktoru Marqarita Simonyan bildirib. O, həmin kanalların birdəfəlik silindiyini deyib. Kanalların silinməsinə "xidmətdən istifadə şərtlərinin pozulması" səbəb göstərilib. Simonyanın sözlərinə görə, RT DE almandilli media arasında təsir baxımından dördüncü yerdə olub və 2021-ci ilin iyun ayında 21 milyon baxış toplayıb. Simonyan xatırladıb ki, Lüksemburq da daha əvvəl Almaniya hakimiyyət orqanlarının rəyini əsas gətirərək, RT-yə yayım lisenziyası verməkdən imtina edib. “Bu, Almaniyanın Rusiyaya qarşı elan etdiyi əsl media müharibəsidir”, - deyən baş redaktor Rusiyanı da "Deutche Welle" başda olmaqla bir sıra alman KİV-nin fəaliyyətini dayandırmağa çağırıb. Bu arada isə Roskomnadzor Google-dan “Russia Today”-in Alman dilli şöbəsinin YouTube kanallarını blokdan çıxarmağı tələb edərək, şirkəti videohostinqi bağlamaqla təhdid edib. Bu barədə İnterfaks Roskomnadzor-un açıqlamasına istinadən xəbər verib. Agentlikdən verilən məlumata görə, qurum Google rəhbərliyindən ən qısa müddətdə Rusiyanın “Russia Today” KİV-nə məxsus “RT DE” və “Der Fehlende Part”-ın Youtube-dakı kanalları üzərindən bütün məhdudiyyətlərin aradan qaldırılmasını" tələb edib. Roskomnadzordan gələn məktubda Google administrasiyasının hərəkətlərinin "məlumatların sərbəst yayılması, ona maneəsiz girişin əsas prinsiplərinin pozulması və Rusiya mediasına münasibətdə senzura aktı təşkil etməsi" qeyd edilir. "Bu cür hərəkətlərə görə, İnternet resursunun adı müvafiq siyahıya daxil edilmiş fundamental insan hüquq və azadlıqlarının pozulması ilə əlaqəli siyahıya daxil edilə bilər və Roskomnadzordan xəbərdarlıq alacaq", - İnterfaks agentliyi qeyd edir. Roskomnadzor xatırladıb ki, şöbənin tələbləri yerinə yetirilmədikdə qanunvericilik "girişin tam və ya qismən məhdudlaşdırılması tədbirlərini nəzərdə tutur".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun