"Youtube" peyvənd əleyhinə olan videoları və kanalları silir

"Youtube" peyvənd əleyhinə olan videoları və kanalları silir
30 Sentyabr 2021
Mətni dəyiş

"Youtube" peyvənd əleyhdarı aktivistlərin video kanallarını bağlayacağı ilə bağlı məlumat yayıb. 

Şirkət icazə verilməyən materiallara nümunə olaraq normal qrip peyvəndlərinin sonsuzluğa, MMR peyvəndlərinin isə autizmə səbəb olması ilə bağlı yayılan xəbərləri göstərib.

Şirkət bildirib ki, Jozep Mercola ve Robert F. Kennedy Jr. kimi məşhur peyvənd əleyhdarlarının kanalları bağlanılıb. "Youtube" təkcə bu iki aktivistin yox, peyvənd əleyhinə olan Rusiyanın "Russia Today" və Alman dilində proqramlar verən RT telekanalının da kanalını bağlayıb.

Mütəxəssislər bu cür materialların ölkələrdə peyvəndləmə prosesinə çox ciddi şəkildə mənfi təsir etdiyini bildirib.

Video platformasının təhlükəsizlik məsələləri ilə bağlı məhsul nümayəndəsi Matt Halprin deyib ki, şirkət insanların peyvəndlərlə bağlı şəxsi təcrübələrini, yaşadıqları yan təsirləri və problemləri mövzu edən videoların paylaşılmasına imkan verməyəcək. Halprin bildirib ki, şirkətin yeni siyasətindən sonra peyvəndin əleyhinə olan 133 min video sillinib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun