ÜST-ün 21 əməkdaşı cinsi təcavüzdə günahlandırılır, Tedros Qebreyesus üzr istəyib

ÜST-ün 21 əməkdaşı cinsi təcavüzdə günahlandırılır, Tedros Qebreyesus üzr istəyib
29 Sentyabr 2021
Mətni dəyiş

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ebola virusu ilə mübarizə üçün Konqo Demokratik Respublikasına göndərilən 21 əməkdaşı qadın və uşaqlara qarşı cinsi təcavüzdə günahlandırılır. 

Bu barədə hesabatı BMT-nin çətiri altında işi araşdıran müstəqil komissiya yayıb.

35 səhifəlik hesabata görə, 2018-ci ildən 2020-ci ilə qədər Konqo Demokratik Respublikasında BMT-nin missiyasını həyata keçirən, 21 nəfəri ÜST əməkdaşı olmaqla ümumilikdə 83 BMT əməkdaşı yerli qadınlara və uşaqlara qarşı cinsi təcavüz ediblər, onlara cinsi münasibət qarşılığında iş təklif ediblər.

Müstəqil komissiya 210 konqolu ilə görüşüblər, onlardan 75-ci cinsi istismara məruz qaldığını bildirib. Təcavüzlərin 9-u həm yerli, həm də beynəlxaq personal tərəfindən həyata keçirilib.

Törətdikləri əməl sübüt olunan 4 ÜST əməkdaşı ilə müqavilələr sonlandırılıb, digərləri ilə bağlı isə araşdırmalar aparılır. Onların da əməli təsdiqini tapsa, təşkilatdan uzaqlaşdırılacaqlar.

Müstəqil komissiyanın hesabatı təşkilatın Cenevrədəki ofisində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesusun da iştirak etdiyi iclasda açıqlanıb. Tedros Adhanom Qebreyesus hər kəsdən üzr istəyib məsuliyyəti öz üzərinə götürsə də, istefa verməyəcəyini bildirib. O qeyd edib ki, gələcəkdə belə halların yaşanmaması üçün əlindən gələni edəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun