Ukrayna vətəndaşlığına qəbul edilən Azərbaycan vətəndaşlarının ümumi sayı 4 mindən çoxdur

Ukrayna vətəndaşlığına qəbul edilən Azərbaycan vətəndaşlarının ümumi sayı 4 mindən çoxdur
6 Sentyabr 2021
Mətni dəyiş

Sovet İttifaqı dağılandan sonra Ukrayna tərəfindən vətəndaşlığa qəbul edilən Azərbaycan vətəndaşları ilə bağlı statistika açıqlanıb.

Ukrayna Dövlət Miqrasiya Xidmətindən (DMX) “Report”un Şərqi Avropa bürosunun sorğusuna cavab olaraq bildirilib ki, bu, DMX-nin fəaliyyətə başladığı 2012-ci ildən hesablanıb.

Statistikaya görə, 2012-ci ildən 2021-ci il avqustun 1-ə qədər 4 302 Azərbaycan vətəndaşı Ukrayna vətəndaşlığına qəbul olunub.

Bunlardan 299 nəfəri Ukrayna Prezidentinin Fərmanı ilə vətəndaşlığa qəbul edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun