Türkiyənin təhsil naziri: "Sentyabrın 6-dan həftədə 5 gün fasiləsiz əyani təhsilə başlanılacaq"

Türkiyənin təhsil naziri: "Sentyabrın 6-dan həftədə 5 gün fasiləsiz əyani təhsilə başlanılacaq"
3 Sentyabr 2021
Mətni dəyiş
"Məktəbəqədər hazırlıq və birinci siniflər üçün dərslər iki gündür problemsiz şəkildə davam edir, sentyabrın 6-dan isə həftədə 5 gün fasiləsiz əyani təhsilə başlanılacaq". Bunu Türkiyənin təhsil naziri Mahmut Özər Türkiyənin səhiyyə naziri, Ali Təhsil Şurası və Elmi Şura ilə birgə keçirilən iclasdan sonrakı açıqlamasında bildirib. Nazir deyib ki, məktəblərdə görüləcək tədbirlərlə bağlı plan Türkiyənin bütün valiliklərinə göndərilib: "Məktəblərimiz ilk açılan və son bağlanan müəssisələr olmalıdır". M.Özər deyib ki, onlayn təhsil sistemi nə qədər uğurlu olsa da, əyani təhsildən keyfiyyətli olmadığına görə məktəblərdə əyani təhsilin davamı üçün müvafiq tədbirlər görülüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun