Türkiyə "WhatsApp"-ı cərimələdi

Türkiyə "WhatsApp"-ı cərimələdi
7 Sentyabr 2021
Mətni dəyiş

Türkiyənin Şəxsi Məlumatları Qoruma Qurumu (KVKK) məxfilik qaydalarının pozulmasına görə "WhatsApp" proqramını təxminən 235 min dollar həcmində cərimələyib. 

Bu barədə“Cümhuriyyet” qəzeti xəbər verir.

Məlumata görə, KVKK "WhatsApp" proqramını 1,95 milyon türk lirəsi cərimələyib və ondan məxfilik siyasətini Türkiyə qanunlarına uyğunlaşdırmağı tələb edib.

KVKK-nin açıqlamasında bildirilir ki, "WhatsApp" “şəxsi məlumatlardan qanunsuz şəkildə istifadənin qarşısını almaq üçün zəruri tədbirlər” görməlidir.

Yanvarda Türkiyə hakimiyyəti əhalini "WhatsApp" əvəzinə "Turkcell" mobil rabitə operatoru tərəfindən hazırlanan BiP xəbərləşmə proqramından istifadə etməyə çağırmışdı.

Ötən ilin noyabrında isə Türkiyə "Facebook", "Twitter" və "Instagram" şirkətlərini sosial şəbəkələr haqqında yeni qanunu pozduqlarına görə 10 milyon lirə (1,18 milyon dollar) məbləğinda cərimələmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun