Türkiyə Krımda Rusiya Dövlət Dumasına seçkiləri tanımadığını bildirdi - Rusiya XİN "nəticə çıxarırıq" cavabını verdi

Türkiyə Krımda Rusiya Dövlət Dumasına seçkiləri tanımadığını bildirdi - Rusiya XİN "nəticə çıxarırıq" cavabını verdi
21 Sentyabr 2021
Mətni dəyiş
Türkiyə ilhaq edilmiş Krımda Dövlət Dumasına son seçkiləri tanımayıb. "17-19 sentyabr tarixlərində Krımda Dövlət Dumasına keçirilən seçkilərin nəticələri Türkiyə üçün heç bir hüquqi qüvvəyə malik deyil",-ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Sənəddə qeyd edilir ki, Türkiyə hələ də Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və Krımın qanunsuz ilhaqını tanımır. [caption id="attachment_86553" align="alignnone" width="1220"] Türkiyə Xarici İşlər Nazirliyi[/caption] Ukraynada cinayət işi açıldı ABŞ, Avropa Şurası və İngiltərə daha əvvəl Krımda və Ukraynanın nəzarət etmədiyi Donbass bölgələrində seçkilərin tanınmaması ilə bağlı bəyanat vermişdi. Ukraynanın özündə Krımda keçirilən seçkilər faktı əsasında Vətənə xəyanətlə bağlı cinayət işi açılıb. "Nəticələr çıxarırıq" Türkiyənin sözügedən bəyanatından sonra Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova sənəddəki “bu cür ifadələrin heç vaxt diqqətdən kənarda qalmadığını” söyləyib. "Əgər Moskvadan müvafiq töhmətləri, xatırlatmaları eşitməkdən yorulmayıblarsa, deməli, çox səbirlidirlər. Ancaq bu, heç bir nəticəyə gətirmir, sadəcə biz ikitərəfli əlaqələrin inkişafına xeyir verməyən müvafiq nəticələr çıxarırıq”, o deyib. [caption id="attachment_39701" align="alignnone" width="900"] Mariya Zaxarova[/caption] Rusiyada səsvermə üç gün çəkib. Donbaslı seçicilər iki yolla səs verə bilərdilər: onlayn - "Gosuslugi" portalı vasitəsilə. İnsan Haqları Şurasının üzvü Kirill Vışinskinin sözlərinə görə, bu üsuldan təxminən 150 min insan istifadə edib. Qalanları isə Rostov bölgəsinə gediblər: bu məqsədlə 825 avtobus və 12 qatar marşrutu xüsusi olaraq təşkil edilib. [caption id="attachment_108909" align="alignnone" width="1920"] Kiril Vişinskiy[/caption] Ukrayna Xarici İşlər Nazirliyi Krım və Donbasda Ukrayna vətəndaşlarının yaşadığını xatırladıb. Onların səsverməyə cəlb edilməsi Dövlət Dumasına seçkilərin nəticələrini xeyli təhrif edəcək. Ukraynalı diplomatlar Dumanın seçilmiş tərkibini legitim olaraq tanımamağa çağırıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun