“Turkey Tribunal” Türkiyəni "işgəncə və hüquqların pozulması"nda günahkar sayıb

“Turkey Tribunal” Türkiyəni "işgəncə və hüquqların pozulması"nda günahkar sayıb
25 Sentyabr 2021
Mətni dəyiş
İsveçrənin Cenevrə şəhərində simvolik “Türkiyə Tribunal Məhkəməsinin” ("Turkey Tribunal") hakimləri Türkiyədəki işgəncə şahidlərini və qurbanlarını, xüsusilə kürdlər və Gülən hərəkatı ilə əlaqəli olanlar və ya onları dəstəkləyənlərin sistematik işgəncələrə məruz qaldıqları barədə qərar veriblər. Beş gün davam edən iclaslardan sonra açıqlanan yekun bəyannamədə zorakılıq tətbiq edərək adam qaçırma hallarında da Türk dövləti adına çalışan MİT əməkdaşlarının əlinin olduğunu qeyd edən hakim heyəti Türkiyənin mətbuat azadlığı mövzusunda beynəlxalq qanunların tələb etdiyi öhdəlikləri yerinə yetirmədiyini xüsusilə vurğulayıb. [embed]https://twitter.com/turkey_tribunal/status/1441472738523181058?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1441472738523181058%7Ctwgr%5E%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Ftr.euronews.com%2F2021%2F09%2F24%2Fturkiye-tribunal-kurtler-gulen-hareketi-mensuplar-organize-ve-sistematik-iskence-gordu[/embed] Hakim heyəti Türkiyədə cinayətlərin cəzasız qalmasının geniş yayılmış bir mədəniyyət olduğu qənaətinə gəldiklərini, işgəncə və insan hüquqlarının pozulması iddialarının kifayət qədər araşdırılmadığını qeyd edib. Terrorla mübarizə qanunlarının qeyri-müəyyən və fərqli izahlara açıq olduğu qeyd edilən yekun bəyannamədə Türkiyədəki işgəncə və adam qaçırma hallarının “insanlığa qarşı cinayət” dərəcəsinə qədər çıxdığı da vurğulanıb. Qəbul edilən qərarlar barədə danışan Ghent Universitetinin rektoru Rik Van Ualle bu məhkəmənin Türkiyə əleyhinə deyil, insan haqlarının qorunması lehinə bir akt olaraq görülməsini tövsiyə edib. [caption id="attachment_109180" align="alignnone" width="1600"] Rik Van Walle[/caption] “Turkey Tribunal”-ın direktoru Cohan Vande Lanotte bu məhkəmənin Türkiyədəki insan haqları pozuntularından zərər çəkən milyonlarla insanın səsi olduğunu deyib. [caption id="attachment_109182" align="alignnone" width="1342"] Johan Vande Lanotte[/caption] Məhkəmə sədri Fransua Baron Tulkens isə qərarın gələcəkdə başlana biləcək istintaqlar üçün mənbə təşkil edəcəyini xatırladıb. [caption id="attachment_109181" align="alignnone" width="1344"] Françoise Barones Tulkens[/caption] “Turkey Tribunal” nədir? Belçikadakı türk vətəndaşlar üçün müxtəlif məhkəmə işlərini araşdıran hüquq firması “Van Steenbrugge Advocaten” təsisçilərindən biri Cohan Vande Lanotte tərəfindən başladılan bu təşəbbüsün hər hansı bir hüquqi əsası yoxdur. İnsan haqları təşkilatı və sivil məhkəmə olaraq fəaliyyət göstərən qurumun idarə heyəti məhkəmənin hökmünün yüksək əxlaqi nüfuza sahib olacağını düşünür. Təşkilatın üzvləri hazırlanan hesabatlar, şahidlər və qərarlar Beynəlxalq Cinayət Məhkəməsinə, Avropa Şurasına, Avropa Birliyinə və BMT-yə müraciət sənədlərinin arasında olacağını açıqlayıblar. Bundan əlavə, Vande Lanotte Maqnitski Qanunu çərçivəsində insan hüquqlarının pozulmasında məsul olanlar haqda da müraciət ediləcəyini bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun