Turistlər Azərbaycanda COVID-19 pasportu tələb olunan obyektlərə daxil ola bilərlər

Turistlər Azərbaycanda COVID-19 pasportu tələb olunan obyektlərə daxil ola bilərlər
3 Sentyabr 2021
Mətni dəyiş
Azərbaycana gələn əcnəbilər COVID-19 pasportu tələb olunan obyektlərə daxil ola bilərlər. Bu  barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına əsasən bir sıra ölkələrin COVID-19 pasportuna malik vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin hava nəqliyyatı vasitəsilə Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilib. "Bu şəxslər ictimai iaşə müəssisələrinin, mehmanxanaların, iri ticarət mərkəzlərinin qapalı məkanlarında və COVID-19 pasportu tələb olunan digər obyektlərdə göstərilən xidmətlərdən istifadə edə bilərlər. Həmin obyektlərə giriş və ya müvafiq dövlət orqanlarının əməkdaşları tərəfindən monitorinq zamanı xarici ölkədə verilmiş COVID-19 pasportu etibarlı sayılır", - məlumatda vurğulanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun