“Taliban” yeni hökumətin tərkibini açıqlayıb

“Taliban” yeni hökumətin tərkibini açıqlayıb
8 Sentyabr 2021
Mətni dəyiş

Əfqanıstanda nəzarəti tam ələ keçirən "Taliban" yeni hökumətin tərkibini açıqlayıb.

Bu barədə "Əl Cəzirə" kanalı xəbər yayıb. Bu barədə təşkilatın sözçüsü Zəbibullah Mücahid mətbuat konfransı zamanı məlumat verib.

Bildirilib ki, yeni hökumətə müvəqqəti olaraq molla Məhəmməd Həsən Axund başçılıq edəcək. Baş nazirin müavini isə molla Əbdül Qani Bəradər olacaq.

Yeni kabinetin müdafiə naziri funksiyasını "Taliban"ın yaradıcısının oğlu Məhəmməd Yaqub Mücahid icra edəcək.

Həmçinin, Əmir Xan Mütaki xarici işlər naziri vəzifəsini yerinə yetirəcək.

Siracuddin Həkkani Daxili İşlər Nazirliyinə, Əbdül Hak Vasiq isə Kəşfiyyat Xidmətinə rəhbərlik edəcək.

Siracəddin Həkkani ABŞ Federal Təhqiqatlar Bürosu tərəfindən axtarışda idi və onun yeri haqqında düzgün məlumat verən şəxsə 10 milyon dollar mükafat veriləcəyini elan etmişdi.

Ölkənin iqtisadiyyat naziri Məhəmməd Hənif, mədəniyyət və informasiya naziri Zəbibullah Mücahid təyin edilib.

Açıqlanan hökumət tərkibinin müvəqqəti olduğu bildirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun