Taliban təcavüzdən və zorakılıqdan qaçıb sığınacaqda yaşayan qadınlara ya evə dönməyi, ya da Talibanla getməyi təklif edir

Taliban təcavüzdən və zorakılıqdan qaçıb sığınacaqda yaşayan qadınlara ya evə dönməyi, ya da Talibanla getməyi təklif edir
29 Sentyabr 2021
Mətni dəyiş

Taliban Əfqanıstanın şimalındakı Pulu Hümri şəhərini də ələ keçirdikdən sonra, buradakı tək qadın sığınacağının rəhbəri sığınacaqdakı qadınları ataraq qaçıb. 

Sığınacaqda ailəsi tərəfindən zorakılığa məruz qalan, azyaşlı vaxtında yaşlı kişilərlə zorla evləndirilən və cinsi təcavüzə məruz qalan 20 qadın yaşayıb. Taliban şəhərin nəzarətini ələ keçirdikdən qısa müddət sonra bu sığınacağa da gəlib. Adının Səlimə olduğunu deyən bir qadın bildirib ki, Taliban silahlıları onları iki seçim qarşısında qoyub.

Seçimlərə görə, qadınlar ya öldürülməyi gözə alıb evlərinə geri dönməli idilər, ya da Taliban silahlıları ilə getməli idilər. Qadınların çoxu isə Talibanla getməmək üçün məcbur evlərinə geri dönməyi seçiblər. Səlimə deyir ki, qadınlardan biri ailəsi tərəfindən öldürüləcəyini bilə-bilə geri dönüb.

Səlimə özü isə aqibətinin necə olacağını bilməsə də Talibanla getməyə qərar verib. O, bir müddət əvvəl narkotik aludəçisi olan zorakı yoldaşından qaçaraq bu sığınacağa sığınıb. Səlimə hazırda bir həbsxanada saxlanıldığnı və təhlükəsiz olduğunu deyir.

Onun sözlərinə görə, Taliban idarəçiliyi olsa da, olmasa da əfqanlar qadınlara namus kimi baxırlar. Hətta qadınlar öz istədikləri adamla evlənmək istəsələr, öldürülməyi belə gözə almalıdırlar. Yeniyetme vaxtlarında zorla yaşlı kişilərlə evləndirilirlər və bu halda etiraz etmək, evdən qaçmaq böyük bir ayıb kimi qəbul olunur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun