“Taliban” qadınlarla kişilərin eyni təhsil alacaqlarını bir daha təkrarlayıb

“Taliban” qadınlarla kişilərin eyni təhsil alacaqlarını bir daha təkrarlayıb
23 Sentyabr 2021
Mətni dəyiş

Əfqanıstanda hakimiyyəti ələ keçirən Taliban təşkilatı ölkədə qadınların kişilərlə eyni yerdə təhsil alacaqlarını bir daha təkrarlayıb.

İtaliyanın “Corriere della Sera” xəbər saytı bildirir ki, bu barədə “Taliban”nın rəsmi nümayəndəsi, Mədəniyyət Komissiyasının rəhbəri Zabihulla Mücahid məlumat verib.

“Qadınların təhsili üçün şərtlər hazırlayırıq. Qadınlar kişilərlə eyni fənləri - riyaziyyat, kimya, tarix, biologiya oxuyacaqlar, cinsindən asılı olaraq ayrı proqramlar olmayacaq və diplomları dünyada tanınacaq”.

Mücahid Kabildəki bəzi qadınların artıq işə qayıtdıqlarını bildirib və eyni zamanda “artıq dövrün dəyişdiyini” etiraf edib.

“İlk İslam əmirliyindən sonra (1996-2001-ci illər) çox şey dəyişib”, deyə o bildirib.

Taliban hakimiyyətə gələndən sonra əfqan qadınlar Kabul daxil olmaqla bir neçə şəhərdə etiraz aksiyaları keçiriblər. Onlar qadınlara azadlıqların verilməsini tələb edirlər.

Təşkilat isə Kabula daxil olandan sonra qadınlarla bağlı bir sıra vədlər versə də hələlik onlar təmin edilməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun