Taliban: "Bəzi ölkələrlə iqtisadi əlaqələri inkişaf etdiririk"

Taliban: "Bəzi ölkələrlə iqtisadi əlaqələri inkişaf etdiririk"
24 Sentyabr 2021
Mətni dəyiş

Əfqanıstanı ələ keçirən Taliban silahlı birləşməsinin təyin etdiyi xarici işlər naziri Əmir Xan Mütəqqi bildirib ki, bəzi ölkələrlə iqtisadi əlaqələri inkişaf etdirirlər və bu yaxınlarda böyük layihələrə başlaya bilərlər. 

O, bu barədə Talibanın iqtisadiyyat naziri ilə birlikdə keçirdiyi mətbuat konfransında danışıb.

"Əlaqələrimiz günü-gündən inkişaf edir. Allahın icazəsi ilə bəzi ölkələrlə yaxşı iqtisadi əlaqələr quracağıq və böyük layihələr üzərində işləməyə başlayacağıq", - deyə o, qeyd edib.

Talibanın XİN başçısı deyib ki, əsas məqsəd xarici dünya ilə əlaqə qurmaqdır və başqa ölkələrin, təşkilatların Talibana təzyiq etməsi düzgün yaxınlaşma deyil.

Avqustun 15-i Radikal “Taliban” hərəkatı Əfqanıstanın bütün ərazisində vəziyyətə nəzarəti ələ aldığını elan edib.

Taliblərin bəyanatında qeyd edilib ki, artıq ölkənin heç bir yerində hərbi əməliyyat aparılmır. Hərəkat Əfqanıstanın bütün ərazisində nəzarəti əlinə alıb.

Bundan sonra, ölkənin keçmiş prezidenti Əşrəf Qani istefa verərək ölkədən qaçıb. O, xalqdan üzr istəyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun