TƏBİB rəhbərliyi Milli Məclisə çağırılacaq

TƏBİB rəhbərliyi Milli Məclisə çağırılacaq
8 Sentyabr 2021
Mətni dəyiş
Milli Məclisin payız sessiyasında koronavirus pandemiyası ilə bağlı dinləmə keçiriləcək. Bunu “Report”un sorğusuna cavab olaraq parlamentin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov bildirib. O bildirib ki, TƏBİB rəhbərliyi dinləməyə dəvət ediləcək: “TƏBİB rəhbərliyi ölkədəki vəziyyətlə bağlı məlumat verəcək”. Ə.Əmiraslanov həmçinin qeyd edib ki, qanunverici orqanın payız sessiyasında onkoloji xəstələrə göstərilən tibbi yardımın vəziyyəti, bu işin daha da yaxşılaşdırılması perspektivləri və ürək-qan dövranı çatışmazlığı xəstəliklərindən əziyyət çəkənlərə tibbi yardımın göstərilməsinə dair dinləmə də keçiriləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun