Suriyanın XİN başçısı: "Suriyalı miqrantlar təhlükəsiz şəkildə geri dönə bilərlər"

Suriyanın XİN başçısı: "Suriyalı miqrantlar təhlükəsiz şəkildə geri dönə bilərlər"
28 Sentyabr 2021
Mətni dəyiş

Suriya xarici işlər naziri Faysal Mikdad bildirib ki, təhlükəsiz şəkildə geri dönmələri üçün ölkələrinin qapısı bütün suriyalı miqrantlara açıqdır. 

Nazir bu sözləri BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxışı zamanı deyib.

O bildirib ki, Amerika və türkiyə əsgərləri başda olmaqla, bütün xarici əsgərlər Suriya ərazisindən çıxmalıdır: "Onsuz da buna məcbur olacaqlar", - deyə o, əlavə edib.

Faysal qeyd edib ki, Qərb ölkələri suriyalıların düşdüyü böhran vəziyyətindən istifadə edib.

"Bəzi ölkələr humanist aktlarla və suriyalıların maraqları ilə heç cür uyğunlaşmayan addımlar atırlar. Bu addımları atmaq üçün də suriyalıların ağrılarından istifadə edirlər", - deyə Faysal Mikdad bildirib.

Beynəlxaq Əfv Təşkilatı isə (Amnesty İnternational) bildirir ki, bu günə qədər ölkəyə qayıdan suriyalılar ağır işgəncələr görüblər, həbs ediliblər.

Təşkilatın bu ay yaydığı hesabatda qeyd olunub ki, bir ölkəyə geri dönən bir çox suriyalıdan isə ümumiyyətlə xəbər yoxdur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun