San Marinoda keçirilən referendum nəticəsində abort qadağası ləğv edildi

San Marinoda keçirilən referendum nəticəsində abort qadağası ləğv edildi
27 Sentyabr 2021
Mətni dəyiş
İtaliyanın sərhədləri daxilində yerləşən cırtdan dövlət San Marinoda keçirilən referendum nəticəsində abort qadağası ləvğ edilib. Bazar günü keçirilən referendumda 12 həftəyə qədər hamiləliklərin könüllü olaraq sonlandırılmasına icazə verən hüquqi dəyişiklik 77 faiz səslə qəbul edilib. Dəyişikliyə əsasən, ananın həyatının təhlükədə olması, yaxud döldə ciddi bir anomaliya aşkar edildikdə 12 həftədən sonra da aborta icazə veriləcək. Təqribən 33 min əhalisi olan ölkədə referendumda iştirak səviyyəsi 41 faiz olub. Avropanın ən kiçik dövlətlərindən biri və əhalisi əsasən katoliklərdən ibarət olan San Marino abortun tamamilə qadağan edildiyi son Avropa ölkələrindən idi. 1865-ci ildən bu yana qüvvədə olan qadağa ilə abort edən qadınların 3 il, əməliyyatı keçirən həkimlərin isə 6 il həbslə cəzalandırılması nəzərdə tutulurdu.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun