Sabiq Fransa prezidenti Nikola Sarkozi bir il həbs cəzasına məhkum edilib

Sabiq Fransa prezidenti Nikola Sarkozi bir il həbs cəzasına məhkum edilib
30 Sentyabr 2021
Mətni dəyiş
Fransada seçki kampaniyasını qanunsuz maliyyələşdirməkdə təqsirli bilinən keçmiş prezident Nikola Sarkozi bir il həbs cəzasına məhkum edilib. “Bygmalion” adlı məhkəməyə qatılmayan Sarkozi 1 il həbs cəzasına, 6 ay şərti cəzaya və 3 min 750 avro cəriməyə məhkum edilib. İyunun 15-də məhkəmə zalına gələn və hakimə ifadə verən Sarkozi 2012-ci ildəki seçki kampaniyasını 2007-ci ildə olduğu kimi apardığını və ittihamları rədd etdiyini bildirib. Paris Prokurorluğu eyni zamanda sabiq prezidentlə eyni iş üzrə mühakimə olunan 13 müttəhimə 18 aydan 4 ilə qədər həbs cəzası istəyib. "Seçki kampaniyasının qanuni həddi iki dəfə aşması iddiası" Seçki xərclərinin partiya fəaliyyəti olaraq təqdim edildiyi və Sarkozinin seçki kampaniyasındakı 22,5 milyon avroluq qanun həddinin ikiqat pozmasının qarşısının alındığı iddia edilir. Fransa hakimiyyəti Sarkozinin Qəddafidən ümumilikdə 50 milyon avro aldığı iddialarını araşdırırdı. Fransa seçki qanunları xaricdən alınacaq yardımın miqdarını məhdudlaşdırır. Qanunlara görə, hətta ölkədaxili yardım 21 milyon avronu keçə bilməz. Sarkozi isə ittihamları rədd edərək 2007-ci il seçkilərində Liviya rejimindən aldığı pulla kampaniyasını qanunsuz maliyyələşdirməsi ilə əlaqədar aparılan istintaqın dayandırılmasını tələb edib. Seçki kampaniyasının maliyyələşdirilməsi zamanı Sarkozi tanıtım və ictimaiyyətlə əlaqələr tədbirlərini həyata keçirən “Bygmalion” şirkətindən saxta hesab-faktura almaqda və xərcləri gizlətmək üçün saxta faktura hazırlamaqda günahlandırılıb. O dövrün Liviya lideri Muhammer Qəddafinin çox sayda çantada Sarkoziyə nağd pul verdiyi iddia edilir. İddianın sahibi livanəsilli fransız iş adamı Ziyad Takiyeddindir. İş adamı 2016-cı ildə “Mediapart” adlı bir xəbər saytına verdiyi açıqlamada içində 5 milyon avro olan 5 çantanı Liviyadan alaraq Sarkoziyə çatdırdığını açıqlayıb. Bir neçə gün sonra Takiyeddin iddiasını dəyişdirərək Sarkozinin bu şəkildə heç bir maliyyə almadığını bildirib. Sarkozi martın 1-də korrupsiyada ittiham edildiyi "telefon danışıqları" işində 3 il həbs cəzasına məhkum edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun