“Sərhədsiz reportyorlar" Bakının tənqidini qəbul etmir

“Sərhədsiz reportyorlar" Bakının tənqidini qəbul etmir
30 Sentyabr 2021
Mətni dəyiş
"Sərhədsiz reportyorlar" beynəlxalq mətbuat azadlığının müdafiəsi təşkilatının baş katibi Kristof Deluar Azərbaycan prezidenti İlham Əliyevin qurumun ünvanına tənqidlərini qəbul etmir. Ötən gün Prezident İlham Əliyev "France-24" telekanalına müsahibəsində "Sərhədsiz Reportyorlar"ı qərəzli olmaqda və "Azərbaycana qarşı ədalətsiz münasibətdə" ittiham edib. Təşkilatın bununla bağlı bəyanatında deyilir ki, dünya mətbuat azadlığı reytinqində Azərbaycan 180 ölkə arasında 167-ci yeri tutur. Aparıcı müstəqil xəbər saytlarına giriş bloklanıb. Mühüm kütləvi informasiya vasitələrinin əksəriyyəti susmaq və ya xaricə köçmək məcburiyyətində qalıb. Ölkədə qalan az sayda müstəqil jurnalistlər istənilən vaxt həbsxanaya düşmək riski ilə üz-üzədir. 2005-ci ildə yüksək səviyyədə korrupsiyanı araşdıran jurnalist Elmar Hüseynovun qətlində əsas şübhəli bilinən şəxslər hələ də azadlıqdadır. Hakimiyyət bəziləri xaricdə yaşamaqla 40 jurnalisti izləmək üçün NSO Group-un "Pegasus" casus proqramından istifadə edib. "Odur ki, “Sərhədsiz reportyorlar”ın mövqeyini ədalətsiz hesab etmək olarmı?"- bəyanatda deyilir. Bakının narazılığının səbəbi odur ki, “Sərhədsiz reportyorlar” Fransanın Nant şəhərində azərbaycanlı bloger Məhəmməd Mirzəliyə hücumun Azərbaycan hakimiyyəti tərəfindən təşkil edildiyini bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun