Səhiyyə Nazirliyinin rəsmisi: "Tibbdə 100 faizlik nəticə yoxdur"

Səhiyyə Nazirliyinin rəsmisi: "Tibbdə 100 faizlik nəticə yoxdur"
15 Sentyabr 2021
Mətni dəyiş

“Xəstəliyin ikinci həftəsində infeksiya aşağı tənəffüs yollarına düşür. Bu səbəbdən həmin vaxt götürülən PCR testi neqativ nəticə verə bilər”.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov deyib.

Nazirlik rəsmisi qeyd edib ki, tibbdə 100 faizlik nəticə yoxdur: “Bəzən şikayətlər olur ki, kimsə bir neçə günlük fasilə ilə test verir və nəticə fərqli olur. Testlər standart olmadığına görə fərqli cavabların alınması təbiidir. Hər hansı anticisimlərin olması da qoruyuculuq demək deyil. Seroloji testlərə etibar etmək o qədər də uyğun deyil. Əsas effektiv üsul PCR yaxma testinin aparılmasıdır”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun