Roskomnadzor yanında Komissiya LGBT, radikal feminizm və “childfree” hərəkatını ekstremist qruplaşmalar kimi tanımağı təklif edib

Roskomnadzor yanında Komissiya LGBT, radikal feminizm və “childfree” hərəkatını ekstremist qruplaşmalar kimi tanımağı təklif edib
30 Sentyabr 2021
Mətni dəyiş
Roskomnadzor nəzdində uşaqları desrutktiv məzmundan qoruma komissiyasının sədri Andrey Tsiqanov LGBT, radikal feminizm və “childfree” hərəkatının ekstremist cərəyanlar kimi tanınmasını təklif edib. Bu barədə TASS Valideynlər Palatasının koordinasiya iclasındakı bəyanatına istinadən xəbər verir. Onun fikrincə, bu, rusiyalı uşaq və yeniyetmələri sosial şəbəkələrdə və internetdə zərərli məzmun təsirindən qorumağa kömək edəcək. “Əlbəttə ki, hüquq -mühafizə orqanlarının səlahiyyətlərini genişləndirməliyik, bunu dəfələrlə təklif etmişik - hər cür LGBT ideologiyası, radikal feminizm, bütün bu furrilər (insan xüsusiyyətlərinə malik antropomorf heyvanların görüntülərinin pərəstişkarlarının hərəkəti”, “childfree” – onlar əlbəttə ki, ekstremist kimi tanınmalıdırlar” – Tsiqanov bəyan edib. Görüşün yekununda iştirakçılar ailənin qorunması və demoqrafiya sahəsində tədbirlərə dair səlahiyyətli orqanlara təkliflər paketini qəbul edəcəklər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun