Roma papası dustaqlara dondurma göndərib

Roma papası dustaqlara dondurma göndərib
9 Sentyabr 2021
Mətni dəyiş

Roma Papası Fransisk Romadakı “Recina Çeli” və “Rebibbiya” həbsxanalarındakı məhbuslara 15 min pors dondurma bağışlayıb. 

Bu barədə "RİA Novosti" Vatikanın Papa şəfqətləri xidmətinə istinadən məlumat yayıb.

Xəbər verilir ki, məhkumlara dondurmanı xidmətin rəhbəri kardinal Konrad Krayevski çatdırıb. Vatikanda bildiriblər ki, yardım İtaliya paytaxtının həbsxanalarında saxlanılan minlərlə məhbusun ümidlərinin bərpasına yönəlib.

“Yay aylarında Həvari Elemozinarisi (Konrad Krayevski – tərc.) məzuniyyətə getməyib, özünü başqa işlərlə yanaşı, mərhəmətin yeddi şərtindən ikisinə həsr edib: məhbusların ziyarətinə və iztirab çəkənlərin təsəllisinə”, -xidmətin bəyanatında belə deyilir. Agentliyin məlumatına görə, din xadimləri daha əvvəl məhbusları Vatikan muzeylərinə ekskursiyaya dəvət etmişdilər.

Xristianlıqda mərhəmətin yeddi şərtində bunlar nəzərdə tutulur: acı doydurmaq, susayana su vermək, çılpağı geyindirmək, evsizə sığınacaq vermək, xəstəni ziyarət etmək, əsiri satın almaq (və ya məhbusa baş çəkmək), ölünü dəfn etmək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun