Qarabağdakı Rusiya sülhməramlılarının komandanı Cəmil Babayevi ziyarət edib

Qarabağdakı Rusiya sülhməramlılarının komandanı Cəmil Babayevi ziyarət edib
3 Sentyabr 2021
Mətni dəyiş

Dağlıq Qarabağdakı Rusiya sülhməramlılarının rəhbəri Rüstəm Muradov azərbaycanlı əsgər Cəmil Babayevi ziyarət edib.

Rusiya sülhməramlılarının 'Telegram' şəbəkəsindəki kanalında sentyabrın 3-də yayılan məlumata görə, Rüstəm Muradov bir müddət əvvəl sülhməramlıların nəzarəti altında olan ərazilərə keçərkən ermənilər tərəfindən saxlanılan Cəmil Babayevin vəziyyətini öyrənib.

Rusiya sülhməramlılarının rəhbəri bildirib ki, yaxın günlərdə Cəmilin ailəsi ilə əlaqə saxlamasına köməklik göstərəcək.

Avqustun 25-də Dağlıq Qarabağın Ağdərə şəhərindəki bir mənzildə Azərbaycan hərbçisi Cəmil Babayev aşkarlanıb. Xəbəri Qarabağdakı separatçı qurumun "baş prokurorluğu" yayıb.

Azərbaycan Müdafiə Nazirliyi isə müddətdən artıq həqiqi hərbi xidmətdə olan əsgər C.Babayevin Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk etdiyini açıqlayıb. Onun barəsində cinayət işi başladılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun