Navalnı ekstremizmdə ittiham olunur, onu 10 ilə qədər həbs cəzası gözləyir

Navalnı ekstremizmdə ittiham olunur, onu 10 ilə qədər həbs cəzası gözləyir
29 Sentyabr 2021
Mətni dəyiş
Rusiyada müxalifət lideri Aleksey Navalnı və tərəfdaşları barəsində yeni cinayət işi açılıb. Bu barədə İstintaq Komitəsi məlumat yayıb. Siyasətçi, habelə onun regional qərargahının keçmiş rəhbəri Leonid Volkov və “Navalnı komandası” təşkilatının rəhbəri İvan Jdanov ekstremist qruplaşmada iştirak ittihamı ilə üzləşə bilərlər. Cinayət işinin fiqurantları arasında “Korrupsiya ilə Mübarizə Fondu”nun təsisçisinin digər məşhur tərəfdaşlarının da adlarının keçdiyi qeyd edilir. Daha əvvəl Rusiya hökuməti fondu ekstremist təşkilat elan edib. Moskvada hesab edirlər ki, sözügedən qurum konstitusiya quruluşunun əsaslarını dəyişdirməyə, ictimai təhlükəsizliyi və dövlət bütövlüyünü pozmağa çalışıb. İstintaq Komitəsi siyasətçinin və “Navalnı Komandası”nın qərargahı olan “Korrupsiyaya ilə Mübarizə Fondu”nun yaradılmasını və bu strukturların rəhbərliyini yeni işdə cinayət faktı hesab edir. Qurum ektremist fəaliyyətlərə potensial sübut olaraq Rusiya bölgələrində Navalnıya dəstək verən mitinq iştirakçılarının çağırışlarına istinad edir – bir neçə yerli fəalın adı qeyd edilib. Onlardan biri “inqilab yolu ilə konstitusiyanın əsaslarının zorakı şəkildə dəyişdirilməsinə çağırışlar edib”, digəri isə internetdə “zorakı hərəkətlər edərək mövcud dövlət gücünə qarşı mübarizəyə çağırırdı”. Navalnı “Yves Rocher” şirkətinin vəsaitləri ilə fırıldaqçılıq ittihamı ilə həbsdədir - siyasətçi Berlindən qayıtdıqdan sonra şərti cəzası əsl həbs müddəti ilə əvəz edilib. O, ağır zəhərlənmə əlamətləri ilə Almaniyaya təxliyə edilmişdi; Avropa laboratoriyaları və Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı Navalnının bədənində “Noviçok” qrupundan kimyəvi maddənin izlərini aşkarlayıb. “Korrupsiya ilə mübarizə fondu”nun təsisçisi Kremli və şəxsən Vladimir Putini həyatına sui-qəsddə ittiham edir. Avropa Birliyi, ABŞ və digər ölkələr Moskvanı kimyəvi silahlardan istifadə qadağasını pozmaqda ittiham edərək Rusiyaya qarşı sanksiyalar tətbiq edib. Kreml bütün iradları rədd edir və Navalnının zəhərlənmə faktını şübhə altına alır, müxalifət liderini “bloger” və “cinayətkar” adlandırır və onun Rusiya vətəndaşları arasında cüzi nüfuzdan istifadə etməsində israr edir. Siyasətçi bir sıra cinayət işlərinin fiqurantına çevrilib. Onun məhşur tərəfdaşlarından bir çoxu cinayət təqibi təhlükəsi altında Rusiyanı tərk edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun