NATO gəmiləri indi də Gürcüstan sularındadır

NATO gəmiləri indi də Gürcüstan sularındadır
28 Sentyabr 2021
Mətni dəyiş

NATO-nun beş gəmisi Gürcüstanın ərazi sularına daxil olub.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Sərhəd Polisindən bildirilib.

Bölmənin tərkibinə İspaniya (flaqman), İtaliya, Bolqarıstan, Rumıniya və Türkiyənin hərbi gəmiləri daxildir.

Batumi limanında yerləşən gəmilərin iştirakı ilə Qara dənizdə Gürcüstanın Sərhəd Mühafizəsi Xidməti ilə birgə təlimlər keçiriləcək. Məqsəd Gürcüstanın dəniz qüvvələri və NATO arasında qarşılıqlı əlaqələrin və uyğunluq səviyyəsinin artırılması, Gürcüstanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsidir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun