Mübariz Mənsimovun qardaşı onu dələduzluqda ittiham edərək məhkəməyə verib

Mübariz Mənsimovun qardaşı onu dələduzluqda ittiham edərək məhkəməyə verib
24 Sentyabr 2021
Mətni dəyiş

“FETÖ-yə yardım” ittihamı ilə 5 il həbs cəzası alan azərbaycanlı iş adamı Mübariz Mənsimovu bu dəfə qardaşı Maarif Mənsimov dələduzluq ittihamı ilə məhkəməyə verib.

Prokurorluğa şikayət ərizəsi yazan Maarif Mənsimov böyük qardaşı haqda ağır iddialar irəli sürüb.

Mübariz Mənsimovdan 17 il əvvəl satın aldığı Beşiktaş, Ulusdakı villasının mülkiyyət sənədlərini götürə bilmədiyini qeyd edən Maarif Mənsimov böyük qardaşının öz borclarının qarşılığında mülkü banka təhvil verdiyini iddia edib.

Kiçik qardaş Mübariz Mənsimovun daim əməkdaşlıq etdiyi insanları aldatması, çirkli əlaqələr qurması, eyni gəmini üç fərqli şəxsə satması kimi hallara görə, onunla münasibəti kəsdiyini deyib.

“Layiq olduğu şəkildə cəzalandırılsın”

Maarif Mənsimov qardaşının çirkli pul yuyanlarla, sələmçilərlə və mafia ilə yaxın əlaqələr qurduğunu, bir çox cinayətə qarışdığını iddia edərək cəzasını çəkməli olduğunu söyləyib.

Bu dəfə qardaşı Maarif Mənsimov qardaşı Mübariz Mənsimovu məhkəməyə verib. Kiçik qardaş Mübariz Mənsimovun “professional dələduzluq”, “etibardan sui-istifadə” və prokurorluq tərəfindən müəyyən ediləcək digər cinayətlərə görə mühakimə olunmasını tələb edib.

Maarif Mənsimovun vəkillərinin İstanbul Baş Prokurorluğuna təqdim etdiyi vəsatətdə onun 2018-ci ilə qədər Türkiyədə yaşadığı müddətdə qardaşına məxsus olan Palmali Şirkətlər Qrupunda baş menecer olduğu bildirilib.

Xatırlatma

İstanbul Baş Prokurorluğu Mübariz Mənsimov haqda “Fətullahçı Terror Təşkilatına üzv olmaq” ittihamı ilə cinayət işi açmışdı. İstanbul 27-ci Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə nəticəsində M.Mənsimova “təşkilata yardım etmə” ittihamına görə 5 il həbs cəzası verilmişdi.

Apellyasiya Məhkəməsi bu hökmün prosedura və qanuna uyğun olduğuna qərar vermiş və sənəd son olaraq apellyasiya şikayəti üçün Ali Məhkəməyə göndərilmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun