“Maşa və ayı”nın Azərbaycan nağılı əsasında çəkilmiş bölümünün “YouTube”dan silinməsinə aydınlıq gətirildi - [Yenilənib]

“Maşa və ayı”nın Azərbaycan nağılı əsasında çəkilmiş bölümünün “YouTube”dan silinməsinə aydınlıq gətirildi - [Yenilənib]
4 Sentyabr 2021
Mətni dəyiş
“Maşa və Ayı” cizgi filminin istehsalçısı olan “Animakkord” şirkətinin direktoru Dmitri Loveyko Azərbaycan nağılı əsasında çəkilmiş “Balaca cırtdan” (Малыш Джыртдан) bölümünün cizgi serialının “YouTube” kanalından silinməsinə aydınlıq gətirib. O, News.ru portalına açıqlamasında bunun titrlərdə olan yanlışlığın düzəldilməsilə bağlı olduğunu bildirib. Onun sözlərinə görə, səhv aradan qaldırıldıqdan sonra həmin seriya yenidən videoservisə qaytarılacaq. Loveyko həmçinin Azərbaycan nağılları əsasında daha iki bölüm hazırlandığını, seriyalar üzərində işlər tamamlandıqdan sonra onların da “YouTube” kanalında izləyicilərə təqdim olunacağını qeyd edib. ***** Rusiya istehsalı olan məşhur “Maşa və Ayı” cizgi filminin Azərbaycandan bəhs edilən son buraxılışı rəsmi Youtube səhifələrindən silinib.   Avqustun əvvəlində “Cırtdan” xalq nağılı əsasında hazırlanan bölümü Rusiyada fəaliyyət göstərən erməni diasporu nümayəndələrinin, Ermənistan vətəndaşlarının şikayətləri əsasında platformadan qaldırılıb. Cizgi filmində Azərbaycanın milli mətbəxində olan təndir çörəyi, paxlava, şəkərbura, dolma göstərilmiş, o cümlədən məşhur “Cücələrim” mahnısı da səsləndirilmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun