Litvanın Müdafiə Nazirliyi vətəndaşlara Çin istehsalı smartfonlardan imtina etməməyi tövsiyyə edib

Litvanın Müdafiə Nazirliyi vətəndaşlara Çin istehsalı smartfonlardan imtina etməməyi tövsiyyə edib
23 Sentyabr 2021
Mətni dəyiş

Litvanın Müdafiə Nazirliyi vətəndaşlara Çin istehsalı ağıllı telefonlardan imtina etməmələri ilə bağlı çağırış edib. Nazirlik bu çağırışı Litva Milli Kibertəhlükəsizlik Mərkəzinin (NCSC) yaydığı hesabatdan sonra edib. 

Müdafiə Nazirliyi buna səbəb kimi telefonda ifadə azadlığının məhudlaşdırılmasına yönəlik mexanizmanın quraşdırılmasını göstərib.

Belə ki, Çinin Xiaomi şirkəti tərəfindən hazırlanan Mi 10T 5G telefonlarında senzura mexanizmi quraşdırılıb və "Azad Tibet", "Müstəqil Tayvan", "Demokratiya hərəkatı" kimi sözlər senzura altına alınıb.

NCSC-nin hesabatına görə, telefonlara öncədən yüklənmiş Mİ kimi zərərli proqramlar davamlı olaraq senzuradan kənar sözlərin siyahısını alır və tətbiq edir.

Mərkəz bildirib ki, Avropaya satılan telefonlarda bu funksiya aktiv olmasa da, kənardan müdaxilə ilə rahatlıqla aktivləşdirmək olar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun