Leyla Abdullayeva: "Azərbaycan diplomatik kanallarla Rusiyaya etirazını çatdırıb"

Leyla Abdullayeva: "Azərbaycan diplomatik kanallarla Rusiyaya etirazını çatdırıb"
4 Sentyabr 2021
Mətni dəyiş

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Rusiyanın ticarət sahəsində vahid informasiya sisteminin rəsmi internet səhifəsində (zakupki.gov.ru) Azərbaycan ərazilərində müvəqqəti yerləşən sülhməramlıların təminatı ilə əlaqədar tender elanı ilə bağlı yerləşdirilmiş məlumatda qondarma “Dağlıq Qarabağ Respublikası” qeyd olunması məsələsinə münasibət bildirib.

Bu barədə XİN-dən bildirilib ki, bu məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi etirazını diplomatik kanallarla dərhal Rusiya tərəfinə çatdırıb.

"Bu kimi yanlış məlumatların iki ölkə arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin ruhuna cavab vermədiyi qarşı tərəfin diqqətinə çatdırılıb. Qarşı tərəf isə öz növbəsində məsələnin texniki səhv olduğunu qeyd edib və aradan qaldırılması üçün müvafiq addımların atılacağını, habelə bu kimi məsələlərə gələcəkdə diqqətlə yanaşılacağını ifadə edib", - məlumatda qeyd olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun