Koronavirusa yoluxan Yaqub Zurufçunun müalicəsinə xarici mütəxəssislər cəlb edilib

Koronavirusa yoluxan Yaqub Zurufçunun müalicəsinə xarici mütəxəssislər cəlb edilib
11 Sentyabr 2021
Mətni dəyiş

Koronavirusa yoluxduğuna görə "Yeni Klinika” Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilən Əməkdar artist Yaqub Zurufçunun müalicəsinə xarici mütəxəssislər cəlb edilib.

Bunu açıqlamasında sənətçinin həyat yoldaşı Aynur Zurufçu deyib.

O bildirib ki, xarici və yerli həkimlər ötən gecə Y.Zurufçunun durumunu birlikdə izləyiblər: “Həkimlər 2-3 saat Yaqubun başının üstündə olublar, konsilum edib və vəziyyətini dəyərləndiriblər. Bunun nəticəsi olaraq müalicə və terapiya ilə bağlı qərarlar veriləcək. Nəticə barədə bu gün məlumat alacağıq”.

Y.Zurufçu qeyri invaziv süni tənəffüs aparatı dəstəyindədir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun