İtaliyanın Padova Universitetinin 800 illik tarixində ilk dəfə qadın rektor təyin edilib

İtaliyanın Padova Universitetinin 800 illik tarixində ilk dəfə qadın rektor təyin edilib
30 Sentyabr 2021
Mətni dəyiş
Dünyanın ən qədim ali təhsil müəssisələrindən biri olan İtaliyadakı Padova Universitetində rektorluq vəzifəsinə ilk dəfə qadın akademik təyin edilib. 56 yaşlı psixologiya professoru Daniela Mapelli oktyabrın 1-də rektorluq vəzifəsinə başlayaraq universitet tarixində bir ilki reallaşdıracaq. Professor Mapelli təhsil işçiləri, rəhbər personal və ixtisas tələbələrinin səs verdiyi rektor seçimində qalib gəlib. “Oktyabrdan etibarən nəhayət “Padova Universitetini idarə edən kişilər və qadınlar” ifadəsindən istifadə edə biləcəyik”, Mapelli bu vəzifəyə seçildikdən sonra verdiyi açıqlamada deyib. 6 illik dövr üçün seçilən Mapelli 1222-ci ildə qurulan universitetin 800-cü ildönümü mərasimlərini də idarə edəcək. Dünyada hələ aktiv ən qədim 5 universitetdən biri Mapelliyə bu vəzifəni təhvil verəcək hazırkı rektor Rosario Rizzuto da professor Mapellinin Padova Universiteti rəhbərliyinə seçilən ilk qadın olmasından xoşbəxtlik hissi keçirdiyini söyləyib. “Daniela Mapelli Veneto elm tarixində yer alacaq ilk şəxsdir. Sadəcə Padova Universitetinin 800 il sonrakı ilk qadın rektoru seçildiyi üçün deyil, gələcək 6 ildə qazanacağı uğurları ilə də elə olacaq”, deyə Padovanın tərkibində yer aldığı Veneto bölgəsinin valisi Luka Zaya da Mapellini təbrik edib. 1222-ci ildə qurula Padova Universiteti dünyada hələ də aktiv olan ən qədim 5 universitetdən biri hesab edilir. 1303-cü ildə qurulan Roma Sapienza Universiteti də 700 ildən uzun müddət sonra ötən il ilk dəfə qadın rektor seçmişdi. Antonella Polimeni 2020-ci ilin dekbarın Sapienza Universitetində rektorluq kürsüsünə əyləşmişdi. İtaliya gender bərabərliyi mövzusunda bir çox Avropa ölkəsi və inkişaf etmiş iqtisadiyyatlardan geri qalır. Dünya İqtisadiyyat Forumunun 2020-ci il Qlobal Gender Bərabərsizliyi İndeksinə görə, İtaliya ümumi sıralamada 153 ölkə arasında 76-cı yerdə qərarlaşıb. İqtisadi iştirak və bərabər imkanlar kateqoriyasında 117-ci yerdə gəlir. Bu indeksə görə, Kipr Respublikası, Malta və Yunanıstandan sonra İtaliya Qərbi Avropada gender bərabərliyindən ən uzaq 4 ölkədir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun