İsveçrəlilər referendumda eynicinsli nikahın leqallaşdırılmasını dəstəklədilər

İsveçrəlilər referendumda eynicinsli nikahın leqallaşdırılmasını dəstəklədilər
27 Sentyabr 2021
Mətni dəyiş
İsveçrə vətəndaşlarının böyük qismi, ilkin nəticələrə görə, keçirilən referendumda eynicinsli nikahların qanuniləşdirilməsini dəstəkləyib. Seçicilərin 65 faizi qərarın lehinə səs verib. Reuters İsveçrə televiziyasına istinadən bildirir. Yeni qanun eynicinsli cütlüklərin nikaha daxil olmalarına və övladlığa götürmələrinə icazə verəcək. Evli lezbiyan cütlüklər də süni mayalanma yolu ilə övlad sahibi ola biləcəklər. Hazırda İsveçrədə donor spermasından yalnız heteroseksual ailələr istifadə edə bilirlər. Amnesty International insan hüquqları təşkilatı seçkilərin nəticələrini “bərabərlik yolunda bir mərhələ” adlandırıb. Sağçı İsveçrə Xalq Partiyasının nümayəndələri öz məyusluqlarını ifadə ediblər. Onların fikrincə, eynicinsli nikahların leqallaşdırılması uşaqların rifahına mənfi təsir göstərəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun