İstanbul və İzmirdəki “evsizlər” aksiyasına polis müdaxilə edib, tələbələr saxlanılıblar

İstanbul və İzmirdəki “evsizlər” aksiyasına polis müdaxilə edib, tələbələr saxlanılıblar
28 Sentyabr 2021
Mətni dəyiş
İstanbul Kadıköydə və İzmirdə yüksək kirayə haqqı və yataqxana qiymətlərinə etiraz edən tələbələr polis tərəfindən həbs ediliblər. Moda Parkında 8 gündür davam edən aksiyalara polis müdaxilə edib. “Çağdaş Yaşamı Dəstəkləmə Dərnəyi” bildirir ki, İstanbulda 50, İzmirdə 30 tələbə saxlanılıb. [embed]https://twitter.com/yurtsuzlar_/status/1442611492315033609[/embed] [embed]https://twitter.com/euronews_tr/status/1442726169128968196?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1442726169128968196%7Ctwgr%5E%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Ftr.euronews.com%2F2021%2F09%2F28%2Fistanbul-ve-izmir-de-yurtsuzlar-eylemine-polis-mudahalesi-ogrenciler-gozalt-na-al-nd[/embed] Açıqlamada qeyd edilib ki, 2911 saylı Qanuna qarşı gəlmə ittihamı ilə həbs edilən tələbələr İstanbul Polis Şöbəsinə aparılıb. Tələbələr haqda həbs qərarının çıxarılması Prezident Rəcəb Tayyib Ərdoğanın parklarda yataraq yataqxana və sığınacaq problemini gündəmə gətirmək istəyənlərin “tələbəliklə əlaqəsi olmadığını” deməsindən sonraya təsadüf edir. İstanbul Valiliyindən daha sonra verilən açıqlamada Kadıköydə saxlanılan 28 nəfərin sərbəst buraxıldığı bildirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun