İranın Quru Qoşunları Azərbaycanla sərhəddə təlimlərə hazırlaşır

İranın Quru Qoşunları Azərbaycanla sərhəddə təlimlərə hazırlaşır
30 Sentyabr 2021
Mətni dəyiş
İranın Quru Qoşunları ölkənin şimal-qərbində Azərbaycanla sərhəd bölgələrdə irimiqyaslı hərbi təlimlərə başlayır. Bu barədə məlumatı “Mehr” agentliyi yayıb. İran Quru Qoşunlarının komandanı general Kyumərs Heydərinin sözlərinə görə, təlimlər oktyabrın 1-i başlayacaq. Təlimlərə zirehli bölmələr, artilleriya, pilotsuz uçuş aparatları və helikopterlər cəlb olunacaq. Heydərinin sözlərinə görə, hərbi təlimlər əvvəlcədən hazırlanmış proqram əsasında ölkənin bu bölgəsində və digər vilayətlərində keçirilir. O bildirib ki, təlimlərin keçirilməsində məqsəd İranın silah və texnikalarının sınaqdan keçirilməsi, həmçinin döyüş hazırlığı səviyyəsinin qiymətləndirilməsidir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun