Hollandiyada çoxu qadın olmaqla 16-24 yaşlarında hər beş gəncdən biri məişət zorakılığının qurbanıdır

Hollandiyada çoxu qadın olmaqla 16-24 yaşlarında hər beş gəncdən biri məişət zorakılığının qurbanıdır
29 Sentyabr 2021
Mətni dəyiş
Hollandiyada 16-24 yaşlarında hər beş gəncdən birinin ailədaxili zorakılıq qurbanı olduğu qeyd edilir. Qurbanların böyük qismi qadınlardır. Hollandiya Statistika Komitəsi ilə Elmi Araşdırma və Sənədləşdirmə Mərkəzi 2019-cu il mart-2020-ci il aprel ayları ərzində yaşanan zorakılıq hallarını araşdırıb. Hesabata görə, 16-24 yaşlı gənclərin 12 faizində məişət zorakılığı struktur halına çevrilib. Yəni, bu gənclər aylıq, həftəlik, ya da gündəlik olaraq zorakılığa məruz qalıblar. Gənclərə qarşı zorakılıq halları adətən vurma, təpikləmə, fiziki əziyyət ilə təhdiddən ibarətdir. “Məcburi nəzarət” Araşdırmaya görə, hollandiyalı gənclər “məcburi nəzarət” ilə tez-tez rastlaşırlar. Gənclərin 10 faizi ailə daxilindəki bir şəxsin davamlı olaraq digərinə əmr etdiyi və nəzarət etdiyi məişət zorakılığı ilə qarşılaşır. Ailə daxilində birini alçaltmaqdan tutmuş onu dostları ilə ünsiyyət qurmağı qadağaya qədər uzanan bu zorakılıq növünün qurbanları da əsasən gənc qadınlardır. Hollandiya Statistika Komitəsinin məlumatına görə, bütün məişət zorakılığı hallarında qurban qadınların nisbəti kişilərdən daha çoxdur. Xüsusilə keçmiş həyat yoldaşı, ya sevgilisi tərəfindən təqib edilmə, ailə daxili şəraitdə cinsi zorakılıq gənc qadınların ən çox zərər gördüyü problemlər arasındadır. Tək yaşayan gənclər arasında cinsi zorakılığa məruz qalma nisbəti ailələri ilə birlikdə yaşayan gənclərə nəzərən üç dəfə daha yüksəkdir. Məişət zorakılığı hallarının təməlində əsasən kişilər dayanır. Kişilər arasında zorakılıq tətbiqetmə ehtimalı qadınlara nisbətən daha çoxdur. Hollandiyada ilk dəfə reallaşdırılan bu araşdırma 2022-2024-cü illərdə yenidən təkrarlanacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun