Həbsdə olan Biləsuvarın sabiq icra başçısının səhhəti ağır olaraq qalır

Həbsdə olan Biləsuvarın sabiq icra başçısının səhhəti ağır olaraq qalır
23 Sentyabr 2021
Mətni dəyiş

Vəzifə cinayətlərinə görə həbs olunan, Biləsuvar Rayon İcra Hakimiyyətinin koronavirusa yoluxan sabiq başçısı Mahir Quliyevin vəziyyəti stabil ağır olaraq qalıb.

Bu barədə onun vəkili Leyla Məmmədova məlumat verib. Vəkilin sözlərinə görə, M.Quliyevin səhhətində yaxşılaşma yoxdur:

“Həkimlər vəziyyətini ağır olaraq qiymətləndirirlər. Hələ ki, onun vəziyyətində heç bir dəyişiklik yoxdur”.

M.Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilərək ittiham elan edilib.

Ötən il aprelin 30-da isə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun