Gürcüstan Konstitusiyasına dəyişikliklər edilib

Gürcüstan Konstitusiyasına dəyişikliklər edilib
8 Sentyabr 2021
Mətni dəyiş
Gürcüstan parlamenti ölkə Konstitusiyasına bir sıra dəyişiklikləri nəzərədə tutan qanun layihəsini qəbul edib. Bu barədə TASS məlumat yayıb. Dəyişikliklərə əsasən, növbəti iki parlament seçkilərində keçid həddi 5%-dən 2%-dək endirilib. Bununla yanaşı, parlamentdə fraksiya yaratmaq üçün lazım olan deputat sayı 7 nəfərdən 4 nəfərədək azaldılıb. Qeyd edək ki, ölkənin ana qanununa dəyişikliklər aprelin 19-da hakim “Gürcü Arzusu” ilə müxalifət partiyaları arasında əldə olunan razılaşmanın tərkib hissəsidir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun