Gözəllik salonlarının işçilərini təhqir etməkdə ittiham olunan şəxs həbs edildi

Gözəllik salonlarının işçilərini təhqir etməkdə ittiham olunan şəxs həbs edildi
3 Sentyabr 2021
Mətni dəyiş

Bakıda yerləşən mağaza və gözəllik salonlarına daxil olaraq, xidmət personalını qeyri-etik ifadələrlə təhqir etməkdə, sosial şəbəkələrdə narkotik və psixotrop maddələri təbliğ etməkdə ittiham olunan Kənan Tağıyev barəsində həbs qətimkan tədbiri seçilib.

Bununla bağlı Nəsimi Rayon Məhkəməsi qərar çıxarıb. Qərara əsasən, K.Tağıyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Polisdən bildirilib ki, 1990-cı il təvəllüdlü Tağıyev Kənan Telman oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. Onun şəxsi axtarış zamanı üzərindən və yaşadığı ünvandan psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb.

O, ilkin ifadəsində narkotik istifadəçisi olmasını, törətdiyi qanunsuz hərəkətlərin narkotik vasitələrin təsiri altında etdiyini etiraf edib.

K.Tağıyev barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cinayət işi başlayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun