Facebook uşaqlar üçün Instagram layihəsini təxirə saldı

Facebook uşaqlar üçün Instagram layihəsini təxirə saldı
28 Sentyabr 2021
Mətni dəyiş
Instagram çoxsaylı tənqidlərdən sonra 13 yaşdan kiçik uşaqlar üçün hazırladığı tətbiqi təxirə saldığını açıqlayıb. Intagramın rəhbəri Adam Mosseri Twitterdəki hesabından verdiyi açıqlamada şirkətin “ailələr, mütəxəssislər, qərarvericilər və nəzarətçilərlə birlikdə işləyərək onların narahatlıqlarını dinləyəcəyini və layihənin yeniyetmələr üçün dəyərini, əhəmiyyətini göstərəcəyini” qeyd edib. [caption id="attachment_109292" align="alignnone" width="2500"] Adam Mosseri[/caption] Facebook tərəfindən 2012-ci ildə satın alınan Instagramın 13 yaşdan kiçiklər üçün xüsusi platforması olmasının uşaqlar üçün daha yaxşı olacağına inandıqlarını söyləyən Mosseri Youtube və TikTok kimi şirkətlərin də yaş qrupuna uyğun tətbiqlərinin olduğunu xatırladıq. Ötən həftə "Wall Street Journal" qəzetinin yayımladığı Facebook-un şirkət daxili hesabatları Instagramın gənclər üzərində mənfi təsirinin şirkət tərəfindən bilindiyi üzə çıxarmışdı. Buna baxmayaraq, Instagramın 13 yaşdan kiçik uşaqlar üçün tətbiq üzərində işləməsi ictimaiyyətin etirazına səbəb olmuşdu.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun