Fəal Bəxtiyar Hacıyev şəhər polis rəisinin onu hədələdiyini bildirir

Fəal Bəxtiyar Hacıyev şəhər polis rəisinin onu hədələdiyini bildirir
10 Sentyabr 2021
Mətni dəyiş
İctimai-siyasi fəal Bəxtiyar Hacıyev Bakı şəhər polis rəisi Ələkbər İsmayılov tərəfindən hədə-qorxu və təzyiqlərə məruz qaldığını bildirib. Fəalın iddiasına görə, buna səbəb Facebook-da daxili işlər naziri Vilayət Eyvazovun ünvanına tənqidi yazının dərcidir. Yazıya səbəb isə fəalın 2 ay öncə verdiyi şikayətə polisin məhəl qoymamasıdır. Bəxtiyar Hacıyevin sözlərinə görə, sentyabrın 9-da onu şəhər polisinə aparıblar, orada polis rəisi ona psixoloji təzyiq göstərib və deyib ki, əgər yazını silməsə, onu həbsdən daha böyük cəza gözləyir. Fəalın sözlərinə görə, polis rəisi onu ölümlə hədələyib. Buna baxmayaraq, tənqidi yazı silinməyib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin nümayəndəsi Elşad Hacıyev Turan-ın fəalın fikirlərini şərh etmək xahişinə cavab olaraq, onu "həqiqətə uyğun olmayan" adlandırıb, ancaq Bəxtiyar Hacıyevin polisə gətirilməsi faktını inkar etməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun